Azərbaycan Mərkəzi Bankında bir sıra aparıcı bankların rəhbərləri ilə birgə görüş keçirilib. Bu barədə AMB-dən məlumat verilir.
“Görüş çərçivəsində cari ilin əvvəlindən bank sektoru üzrə biznes kreditlərinin dinamikası dərindən təhlil olunub, biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verilib. O cümlədən, istehak kreditlərinin optimallaşdırılması üzrə tədbirlər müzakirə olunub”, - məlumatda deyilir.
Həmçinin görüşdə regionlarda maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məsələləri, real sektorun, eləcə də regionların maliyyə inklüzivliyinin gücləndirilməsi məsələləri müzakirə olunub.
“Bu məqsədin nail olunması məqsədilə bank sisteminin sabitliyinin qorunmasının vacibliyi vurğulanıb. Bununla əlaqədar banklarda daxili nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də risk menecment potensialının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair tapşırıqlar verilib”, - məlumatda bildirilir. **
Ə.Məmmədov