Azərbaycan prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 1,26 milyon manat ayırmağı tapşırıb.
Əliyev çərşənbə günü müvafiq sərəncam imzalayıb, bu varədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, vəsait Tovuz rayonunda 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılacaq.
Qeyd olunan tədbirlər əhalisi 68,296 min nəfər olan 9 yaşayış məntəqəsində həyata keçiriləcək. **
N.Abbasova