Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) “Çıraq” platformasının xidməti üzrə işlərə “Worley” qlobal injinirinq şirkətini cəlb edib. Bu barədə Avstraliya mətbuatı məlumat verir.
“ABƏŞ qazlift layihəsi çərçivəsində layihələndirmə, satınalmalar və tikinti xidmətləri üzrə işlərin həyata keçirilməsinə dair “Worley” ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkət “Çıraq” platformasında istehsal əməliyyatların dəstəklənməsi üçün bu xidmətıəri təqdim edəcək. Layihənin həcmi yeni qazlift boruları və manifoldları əhatə edəcək”, - məlumatda qeyd olunur.
Nəşrin məlumatına görə, şirkət Aberdin və Bakıda öz ofislərində birgə xidmətlər göstərəcək.
Şirkət müqavilənin konkret detalları, dəyəri müddətini açıqlamır.
“Worley” energetika, faydalı qazıntıların hasilatı cəı neft emalı sənayesi sahəsində məsləhət xidmətləri təklif edən beynəlxalq şirkətdir. **
N.Abbasova