Azərbaycan Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələri təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iclasda qeyd edib ki, seçkilərdə seçici fəallığı 46,84% təşkil edib.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçkilərin nəticələrini təsdiq edən yekun məhkəmə qərarını elan edib.
Xatırladaq ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası dörd seçki dairəsində səsvermənin nəticələrini ləğv edib. Bütövlükdə, 5573 seçki məntəqəsindən 328-i üzrə səsvermənin nəticələri ləğv edilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyası qələbə qazanıb, onun təmsilçiləri parlamentdə 125 yerdən 70-ni tutur.*
A.Əzizov