Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə 2 milyon manat ayırmağı tapşırıb.
Müvafiq sərəncam cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb. **
X.Nəsirzadə