Dövlət Sərhəd Xidməti Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində azərbaycanlı sərhədçinin həlak olması barədə məlumat verir.
“Bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə¬dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfin¬dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanmış, dərhal Qazax rayo¬nunun dia¬qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb”, - DSX-nin Mətbuat Mərkəzi məlumat verir.
2020-ci ilin fevral-mart aylarında Ermınistan hərbçiləri tərəfindən sərhəddə atəşkəs rejiminin pozulması və təxribatlar nəticəsində Azərbaycanın 3 sərhədçisi həlak olub. **
A.Əzizov