1 mart 2020-ci il tarixinə Azərbaycanda 1 milyon 70,492 min vergi ödəyicisi Vergilər Nazirliyində uçotdadır. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Vergi ödəyicilərinin 143,065 mini hüquqi şəxslərdir (13,4%). Ötən ilin müvafiq dövrü ilə müqayisədə hüquqi şəxslərin sayı 12,3% artıb. Bütövlükdə, qeydiyyata alınmış hüquqi şəxslərin 95,9%-i kommersiya hüquqi şəxslərdir.
2019-cu ilin fevral ayının sonuna olan göstərici ilə müqayisədə fiziki şəxslərin sayı 66,673 min – 927,427 minədək artıb.
Bu ilin fevral ayında 1,156 min kommersiya strukturu, o cümlədən xarici kapitala malik 329 kommersiya strukturu Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Məlumata görə, qeydiyyata alınmış kommersiya strukturlarının 30,9%-i xidmət, 28,4%-i ticarət, 10,8%-i tikinti, 7,4%-i sənaye, 6,5%-i kənd təsərrüfatı, 3,2%-i rabitə, 2,3%-i nəqliyyat, 0,9%-i maliyyə, 9,6%-i isə digər sahələrdə fəaliyyət göstərir.*
Ə.Məmmədov