Azərbaycan hökuməti koronavirus ilə qlobal mübarizəyə $5 milyon yönəltmək barədə qərar qəbul edib.
“Nazirlər Kabineti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna $5 milyon məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib”, - Nazirlər Kabinetinin məlumatında deyilir.
Azərbaycan ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.
“Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək”, - hökumətdən məlumat verilir.
İndiyədək Azərbaycanda COVİD-19-a yoluxan 6 nəfər aşkar olunub. Onlardan 4 nəfərə Azərbaycan, bir nəfər – Rusiya və bir nəfər – Almaniya vətəndaşıdır. Onlar hamısı İranda səfərdə olublarş Bundan əlavə, təxminən 500 nəfər karantindədir. **
B.Rüstəmbəyov