Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin birgə iclası başlayıb. Bu barədə "İnterfaks"a bir neçə mənbədən məlumat verilib.
İclas səhər saat 10-da başlamalı idi, lakin sazişin liderləri - Rusiya və Səudiyyə Ərəbistanının zidd mövqelərinə görə təxirə salınmışdı.
Bunun əvəzində tərəflər ikitərəfli və çoxtərəfli məsləhətləşmələr aparıblar.
Daha sonra OPEC və qeyri-OPEC ölkələri tərəfindən ayrı-ayrılıqda görüş keçirilib.
Rusiya və Səudiyyə Ərəbistanı bundan sonra daha bir danışıqlar aparsa da, öz mövqelərində qalıblar.
Hazırda OPEC+ ölkələrinin nazirlərinin birgə iclası başlayıb.*