İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
“İrandan qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”, - operativ qərargahdan bildirilir.
Bununla da, Azərbaycanda koronavirusa yoluxanların sayı 11-ə çatıb. Onlardan 9-u Azərbaycan, bir nəfər – Rusiya və bir nəfər – Almaniya vətəndaşıdır.
Eyni zamanda, operativ qərargahdan bildirilib ki, bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil-orta ağırdır.
“Hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə