Hakim Yeni Azərbaycan Partiyası (YAP) 6-cı çağırış Milli Məclisin sədri postuna Sahibə Qafarovanın namizədliyini irəli sürüb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu gün 6-cı çağırış Milli Məclisin ilk iclası keçirilir.
Parlament sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin namizədliyi irəli sürülüb.
Hakim partiya 125 yerlik parlamentdə 70-dən çox deputatla təmsil olunur.
S.Qafarova1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) bitirib.
S.Qafarova 5-ci çağırış Milli Məclisin deputatı olub, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olub.
O, fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində Şəmkir şəhər seçki dairəsindən deputat seçilib.*
B.Rüstəmbəyov