Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-fevral aylarında ayında dövlət büdcəsinə 663 milyon 306,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-fevral aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 665 milyon 678,3 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə köçürmələrin həcmi 0,4% azalıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 465 milyon 985,3 min manat, aksizlər üzrə 19 milyon 513,4 min manat, yol vergisi üzrə 7 milyon 137,5 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 170 milyon 670,1 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard manat məbləğində müəyyən edilib.*
Ə.Məmmədov