Sahibə Qafarova bu gün 6-cı çağırış Azərbaycan Milli Məclisinin sədri seçilib.
"İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin verdiyi məlumata görə, S.Qafarovanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təklif edilib, onun lehinə 116 deputat səs verib.
Bu gün 6-cı çağırış Milli Məclisin ilk iclası keçirilib.
İclasda Milli Məclis sədrinin I müavini vəzifəsinə Əli Hüseynli, sədrin müavini vəzifəsinə isə Fəzail İbrahimli və Adil Əliyev seçilib.
Hakim partiya 125 yerlik parlamentdə 70-dən çox deputatla təmsil olunur.
S.Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) bitirib.
S.Qafarova 5-ci çağırış Milli Məclisin deputatı olub, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olub.
O, fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində Şəmkir şəhər seçki dairəsindən deputat seçilib.*
A.Əzizov