2019-cu ildə Azərbaycan 5,781 min ton bal istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci illə müqayisədə Azərbaycanda bal istehsalı 15,8% artıb.
Komitənin məlumatına görə, 2019-cu ildə 31,041 təsərrüfatda mövcud olan 542,8 min arı ailəsindən 5 min 781,3 ton bal, 156,1 ton mum, 15,8 ton vərəmum, 14,1 ton güləm və 609,7 kq arı südü əldə olunub.
“2019-cu ildə balın 1 kiloqramının orta satış qiyməti 25,1 manat, mumun - 13 manat, vərəmumun - 129,5 manat, güləmin - 77,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,1 manat olub”, - Komitədən qeyd olunur.
Ümumiyyətlə, son 11 il ərzində həm arı ailələrinin sayı 3,8, bal istehsalı 4,1 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 17,5-dək artıb.**
B.Rüstəmbəyov