Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri ölkənin yürütdüyü siyasətin alternativi olmadığını göstərdi. Bunu prezident İlham Əliyev çərşənbə axşamı 6-cı çağırış Milli Məclisin ilk plenar iclasında çıxışı zamanı deyib.
“Seçkilər növbəti dəfə ölkədə yürüdülən siyasətin alternativi olmadığını sübut etdi. Bu gün xalqımız sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 il ərzində əldə olunan iqtisadi sabitliyin dünyada analoqu yoxdur və Azərbayan müstəqillik yolu ilə uğurla irəliləməyə davam edəcək”, - AzTV dövlət telekanalı yayımladığı kimi, İ.Əliyev öz çıxışında bildirir.
Əliyev əmindir ki, 6-cı çağırış parlament uğurla fəaliyyət göstərəcək və ölkədə aparılan genişmiqyaslı islahatlara öz töhfəsini verəcək.
Onun sözlərinə görə, 1,3 min nəfərin iştirak etdiyi seçkiöncəsi kampaniya uğurla keçirilib. Seçkilərdə ölkədəki bütün siyasi qüvvələr iştirak edib, nəticədə 6-cı çağırış Milli Məclis çoxpartiyalı parlament kimi formalaşıb.
Əliyev əlavə edib ki, bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrdə təmsil olunmalıdırlar ki, siyasi sistem möhkəmlənsin və sağlam inkişaf etsin.
Deputatlar qarşısında duran vəzifələr barədə söz açan dövlət başçısı mövcud qanunların təkmilləşdirilməsi və qəbul olunan qanunların icrasına nəzarətin vacibliyini qeyd edib.
“Qanunların qəbulu zamanı iqtisadi artımın dərinləşməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, həmçinin dövlətin sosial və gənclər siyasəti nəzərdə tutulmalıdır”, - AzTV-nin yayımladığı kimi, Əliyev vurğulayıb.
Onun sözlərinə görə, deputatlar daima seçicilərlə əlaqədə olmalı və onların problemləri ilə maraqlanmalıdırlar, beynəlxalq strukturlarla Azərbaycan barədə həqiqəti fəal təbliğ etməli və Dağlıq Qarabağ mövzusunsda tarixi saxtalaşdırmağa dair ermənilərin cəhdlərinin qarşısını almalıdırlar. **
Ə.Məmmədov