Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun yenu redaksiyası tərtib olunur. Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
“Hazırda “Siyasi partiyalar haqqında” qanunun yenu redaksiyası hazırlıq mərhələsindədir. Dəyişikliklərin məqsədi – ölkənin həyatında partiyaların rolunun genişləndirlməsidir”, - Mirzəyev AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan prezidentii İlham Əliyev siyasi partiyaları daha fəal fəaliyyətə çağırıb. “Parlamentə nəzərə yetirsək, görərik ki, bu gün müxalifətin nümayəndəsi vitse-spiker seçilib. Bundan başqa, müxalifət nümayəndələri parlament komitələrinin sədr müavinləri seçiliblər”, - Mirzəyev qeyd edib.
O əlavə edib ki, ehtimal ki, cari həftənin sonunadək parlament komitələrinin formalaşdırılması prosesi başa çatacaq. “Cümə günü (martın 13-də) parlament ilk iclas keçirə bilər (qanun layihələrinin müzakirəsi məqsədilə - İF)”, - Mirzəyev vurğulayıb.
Çrşənbə axşamı 6-cı çağırış Azərbaycan parlamentinin ilk iclası keçirilib. İclasda spiker, birinci vitse-spiker, o cümlədən, iki vitse-spiker seçilib. Bundan əlavə, parlament komitələrinin sədrləri və müavinləri seçilib. **
A.Əzizov