Azərbaycanda yeni subsidiyalaşdırılma sistemi üzrə ümumilikdə 75 milyon manat subsidiya ödənilib. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev məlumat verib.
Azərbaycanda yeni sistem 2020-ci ilin fevral ayından tətbiq edilib.
“İndiyə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 474,52 min fermer qeydiyyatdan keçib, 361,307 min fermer payızlıq əkinlərini bəyan edib. Həmin bəyanlara görə ölkədə 993,718 min hektar sahədə əkin aparılıb, bunun üçün 279,553 min fermerə kart hazırlanıb. Onlardan 102,5 mini kartını götürüb. Bu günədək 180 min fermerə 75 milyon manat subsidiya ödənilib”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Agentliyinin sədri vurğulayıb ki, növbəti mərhələdə daha 40 min fermerə subsidiya ödəniləcək.
M.Əliyev əlavə edib ki, cari ilin aprel ayından Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermerlərdən yazlıq əkin üçün müraciətlərin qəbuluna başlanılacaq.*
X.Nəsdirzadə