İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında COVID-19 koronavirus infeksiyası aşkar olunub. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilir.
“İrandan qayıdan Azərbaycanın 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”, - qərargahdan bildirilib.
Məlumata görə, hazırda müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.
Qeyd olunur ki, koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.
Beləliklə, hazırda 10 nəfər xəstəxanada koronavirusdan müalicə keçir. Onlardan 8-i Azərbaycan, biri – Rusiya və biri – Almaniya vətəndaşıdır. **
A.Əzizov