Martın 11-də azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfər edəcək.
“Bakıda keçiriləcək hazırki görüş çərçivəsində prezidentlər Azərbaycan-Türkmənistan münasibətlərinin əsas aspektləri, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq siyasət məsələlərinə dair fikir mübadiləsi aparacaqlar”, - Türkmənistan prezidentinin saytı məlumat verir.
Gözlənildiyi kimi, danışıqlar zamanı ticarət-iqtisadi əlaqələrin intensivləşməsi və şaxələndirilməsinə böyük diqqət ayrılacaq. Türkmənistan və Azərbaycan böyük təbii-resurs potensiala, o cümlədən iri karbohidrogen ehtiyatlarına malikdir, bu da strateji vacib sahələrdə səmərəli müqavilələr üçün böyük perspektivlər açır.
Yüksək səviyyədə Azərbaycan-Türkmənistan danışıqlarının yekunları üzrə ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur. **
A.Əzizov