Çərşənbə günü Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri başlayıb. Bu barədə Türkmənistan prezidentinin saytı məlumat verir.
Türkmənistan lideri aeroportdan Azərbaycan prezidentinin iqamətgahına yola düşüb, burada yüksək səviyyədə danışıqlar keçiriləcək.
Gözlənildiyi kimi, danışıqlar zamanı ticarət-iqtisadi əlaqələrin intensivləşməsi və şaxələndirilməsinə böyük diqqət ayrılacaq. Türkmənistan və Azərbaycan böyük təbii-resurs potensiala, o cümlədən iri karbohidrogen ehtiyatlarına malikdir, bu da strateji vacib sahələrdə səmərəli müqavilələr üçün böyük perspektivlər açır.
Yüksək səviyyədə Azərbaycan-Türkmənistan danışıqlarının yekunları üzrə ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur. **
Ə.Məmmədov