2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 283 milyon manat və ya hesabat dövründə ÜDM-nin 2,2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 3 milyard 613,2 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 2,3%), xərcləri 3 milyard 330,2 milyon manat (artım 12,1%) təşkil edib.
Yanvar-fevral aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 12 milyard 578 milyon manat təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə 26 milyard 894,7 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov