Bu gün Bakıda Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək formatda danışıqlar aparılıb. Bu barədə Türkmənistan liderinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, Türkmənistan prezidenti bu gün Azərbaycana səfərə gəlib.
Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə danışıqların yekunları üzrə ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.*
Ə.Məmmədov