Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin fevral ayında valyuta hərraclarında $543,4 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF bu ilin yanvar ayında valyuta hərraclarında $300,2 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, fevral ayında xarici valyuta satışının həcmi yanvar ayı ilə müqayisədə 81% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-fevral aylarında ARDNF valyuta hərraclarında $843,6 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma 11,3% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
Xəbər verildiyi kimi, fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).*
Ə.Məmmədov