Bakı və Aşqabad qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən ediblər. Bunu Türmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.
“Yüksək səviyyədə keçirilən danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri, qarşılıqlı maraq kəsb edən və qarşılıqlı əlaqələrin konkret istiqamətləri müəyyən edilib”, - Berdiməhəmmədov çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair bəyan edib. Bu barədə Türkmənistan liderinin saytı məlumat verir.
O, həmçinin məlumat verib ki, görüş zamanı ikitərəfli ticarət-iqtisadi tərəfdaşlıq məsələləri müzakirə olunub, tərəfdaşlığın genişləndirilməsi və şaxələndirilməsinə qarşılıqlı hazırlıq təsdiq olunub.
“Prioritet istiqamətlər arasında energetika, nəqliyyat və kommunikasiyalar, aqrosənaye kompleksi, kimya və toxuculuq sənayesi, tikinti, texnologiyalar, xidmətlər və bir sıra digər sahələr qeyd edilib”, - Berdiməhəmmədov bildirib.
O, həmçinin qeyd edib ki, iki dövlətin ərazisindən keçməklə Şərq-Qərb xətti üzrə nəqliyyat-tranzit dəhlizlərin formalaşdırılması işində səylərin əlaqələndirilməsi və avtomobil-bərə və dəmir yolu-bərə əlaqələrinin təşkili məqsədilə Xəzər dənizində iki ölkənin liman infarstrukturunun istifadəsinə dair razılıq əldə olunub.
“Energetika və nəqliyyat axınlarının şaxələndirilməsi kontekstində iki ölkənin potensiallarının gələcəkdə reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi imkanlarından istifadə ediləcək”, - Türmənistan prezidenti vurğulayıb. **
B.Rüstəmbəyov