Azərbaycan hökuməti neftin ucuzlaşması şəraitində iqtisadiyyat qarşısında duran çağırışların öhdəsindən gəlmək qabiliyyətindədir. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov belə hesab edir.
"Biz 2020-ci ilin dövlət büdcəsi layihəsinə rəy verərkən büdcənin dayanıqlığı ilə bağlı bütün mümkün riskləri həmin rəylərdə göstərmişik. Bu risklər daima var və hökumətin vəzifəsi onları səmərəli idarə etmək, vaxtında qabaqlayıcı tədbirlər görməkdir. Hesab edirəm ki, hökumət bu risklərin öhdəsindən gəlmək qabiliyyətindədir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədr əlavə edib ki, belə vəziyyət (neft bazarında – İF) uzun müddət davam etməyəcək.
Daha əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycan hökuməti neftin bir barrelinin qiymətinin $30-35-dək ucuzlaşacağı təqdirdə “B” planına malikdir.*
Ə.Məmmədov