Prezident İlham Əliyev Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Dövlət Komissiyasının sədri baş nazirin müavini Şahin Mustafayevdir.
Dövlət Komissiyasının üzvləri Naxçıvan Muxtar Respublikasının baş naziri, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, ədliyyə nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Mərkəzi Bankın sədri və Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktorudur.*
B.Rüstəmbəyov