Martın 11-nə keçən gecə Kiyev-Bakı reysini həyata keçirən göyərtəsində 26 sərnişin olan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilir.
“Sərnişinlər İtaliyadan tranzit ilə Bakıya gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb”, - AZAL-dan qeyd olunur.
UİA-nın reysi ilə Bakıya gələn 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfər - əcnəbidir. **
B.Rüstəmbəyov