Prezident İlham Əliyev bu gün Adış Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Gürsel İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sərəncamların mətnləri prezidentin rəsmi saytında dərc olunub.*
X.Nəsirzadə