Azərbycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) millimizin Maltada təlim-məşq toplanışını ləğv edib.
AFFA-nın məlumatında deyilir ki, son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı ləğv olunub.
Bundan başqa, martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları da ləğv olunub.*
B.Rüstəmbəyov