SOCAR 2020-ci ildə 1,4 milyon tona yaxın neft ixrac etməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"Bu il SOCAR təxminən 1,4 milyon tona yaxın neft ixrac etməyi planlaşdırır. Xatırlatmaq istəyirəm ki, bilavasitə SOCAR-ın operatorluğu ilə işlənən yataqlardan hasil edilən neftin əsas hissəsi emala və daxili bazarda satışa yönəldilir", - deyə o qeyd edib.
Daha əvvəl SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov xarici KİV-ə müsahibəsində bildirmişdi ki, 2020-ci ildə SOCAR üzrə ümumi neft hasilatı 7,6 milyon ton, qaz hasilatı isə 7,2 milyard kubmetr təşkil edəcək.*
N.Abbasova