Nazirlər Kabineti 27 mart tarixini ölkə ərazisində qeyri-iş günü elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Müvafiq qərar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə qəbul edilib.
Beləliklə, 2020-ci ilin 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü, 29 mart tarixi isə iş günü olacaq.*
N.Abbasova