"Formula 1"in yeni mövsümü iyunda Azərbaycan Qran-prisindən başlaya bilər. Bu barədə “Red Bull” komandasının idman məsləhətçisi Helmut Marko məlumat verib.
“Avstraliya Qran-prisinin ləğv edilməsi rəsmi şəkildə bildirildikdən sonra koronavirusla əlaqədar mövsümün iyunun 7-dən (yarışların Bakıda keçiriləcəyi tarix) tez başlamayacağı barədə söhbətlər ortaya çıxdı”, – deyə o, jurnalistlərə açıqlamasında bildirib.
“Motorsport-Total” və “F1-Insider” də oxşar ssenari yazır.
“Bizdə olan məlumata görə, Monako Qran-prisinə (bu yarış da daxil olmaqla) qədər olan bütün yarışlar ləğv ediləcək. Mövsümə iyunun 7-dən tez olmayaraq Bakıda start veriləcək. Bu o deməkdir ki, Bəhreyn, Vyetnam, Zandvort, Barselona və Monte-Karloda yarışlar nəzərdə tutulan vaxtda keçirilməyəcək”, – deyə “F1-Insider” qeyd edir.
“FormulaMoney” biznes bloqu təqvimin mümkün versiyasını təqdim edib. 19 mərhələ keçiriləcək, 3 yarış (Avstraliya, Çin və Vyetnam) ləğv olunub. Yay fasiləsi olmayacaq.
7 iyun – Azərbaycan
14 iyun – Kanada
28 iyun – Fransa
5 iyul – Avstriya
19 iyul– Böyük Britaniya
2 avqust – Macarıstan
9 avqust – İspaniya
16 avqust – Monako
23 avqust – Niderland
30 avqust – Belçika
6 sentyabr – İtaliya
20 sentyabr – Sinqapur
27 sentyabr – Rusiya
11 oktyabr – Yaponiya
25 oktyabr – ABŞ
1 noyabr – Meksila
15 noyabr – Braziliya
29 noyabr – Əbu-Dabi
6 dekabr – Bəhreyn*
A.Əzizov