Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeron rayonu ərazisində 1,89 min məcburi köçkün ailəsi üçün infrastruktur obyektlərin tikintisinə 6,4 milyon manatdan artıq vəsait yönəldəcək.
www.etender.gov.az saytının məlumatına görə, "AZƏRİ SERVİS LTD" MMC və “AZERTİKİNTİ-M” MMC ilə 6 milyon 403,582 min manat ümumi məbləğdə4 müqavilə bağlanıb.
"AZƏRİ SERVİS LTD" MMC ilə imzalanan birinci müqavilənin şərtlərinə əsasən, şirkət yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisini həyata keçirməyi öhdəlik götürüb. Müqavilənin dəyəri – 3 milyon 77,254 min manatdır.
“AZERTİKİNTİ-M” MMC ilə imzalanan 3 müqavilə yeni yaşayış məhəlləsində klub-icma mərkəzi, musiqi məktəbi və sahədaxili rabitə və videomüşahidə şəbəkələrin tikintisini nəzərdə tutur. Imzalanan müqavilələrin dəyəri müvafiq olaraq 1 milyon 148,286 min manat, 1 milyon 485,88 min manat, 692,16 min manat təşkil edir. **
X.Nəsirzadə