2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM 2,8% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında ÜDM-nin nominal həcmi 12 milyard 578 milyon manat təşkil edib.
Yanvar-fevral aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7% artıb, neft-qaz sektorunda isə 2,1% azalıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata (artım 1,9%) bərabər olub.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin 3% artacağını proqnozlaşdırır.
2019-cu ildə respublikada ÜDM 2,2% artıb.*
N.Abbasova