Bu gün Qazax rayonunun yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“13 mart tarixində saat 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub”, - deyə məlumatda bildirilir.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
“Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə