İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında COVID-19 koronavirus infeksiyası aşkar olunub. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilir.
“Hazırda həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, - məlumatda qeyd edilir.
Beləliklə, hazırda 15 nəfər xəstəxanada koronavirusdan müalicə keçir. Onlardan 13-ü Azərbaycan, biri – Rusiya və biri – Almaniya vətəndaşıdır.
Xəbər verildiyi kimi, koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıb. Bundan başqa, İrandan qayıdan bir nəfər martın 12-də vəfat edib. **
B.Rüstəmbəyov