Çinin “Great Wall” korporasiyasının Tula yaxınlığında zavodda “Haval” yolsuzluq avtomobilləri istehsal edən Rusiyadakı “törəməsi” Tula Layihə İnstitutu ilə mühərrik zavodunun layihələndirilməsinə dair razılığa gəlib.
Məlumata əsasən, martın 10-da İnstitut ilə “Haval Motor Rus” MMC arasında müəssisənin layihələndirilməsinə dair müqavilə imzalanıb.
Tulada “Haval” zavodunda istehsal olunan avtomobillər RF-yə satılır və Belarusa ixrac olunur. O cümlədən, həmin avtomobillərin Qazaxıstan, Azərbaycan, Moldova və Qırğızıstana ixracı planlaşdırılır. **