Prezident İlham Əliyev bu gün Məmməd Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildə yaradılıb. Şirkət sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Nizamnamə kapitalı 9 milyon manata bərabərdir.*
Ə.Məmmədov