Martın 20-28-i Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günləri olacaq. Bu barədə “ASAN xidmət”dən məlumat verilir.
Məlumatda qeyd olunur ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyəsi nəzərə alınmaqla, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 19-dək məhdudlaşdırılır.
“Bu dövr ərzində vətəndaşlardan müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti “ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov