Azərbaycanda daha 4 vətəndaşda COVİD-19 koronavirus aşkarlanıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilir.
“Hazırda həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Onların vəziyyəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, - məlumatda qeyd edilir.
Qərargahın məlumatına görə, bu günə Azərbaycanda 23 nəfərdə COVİD-19 koronavirus aşkarlanıb. Onlardan 6 nəfər sağalıb.
Xəbər verildiyikimi, zəruri müalicədən sonra koronavirus infeksiyası aşkar olunan 6 Azərbaycan vətəndaşı xəstəxanadan evə buraxılıb. Bundan başqa, martın 12-də İrandan qayıdan bir nəfər vəfat edib. **
B.Rüstəmbəyov