Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Cavad Zəriflə telefon söhbəti zamanı koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyəti müzakirə edib.
“Nazirlər bütün ölkələrin bu virusla mübarizədə birgə əməkdaşlığının zəruriliyini vurğulayıblar. C.Zərif Azərbaycan dövləti və xalqına virusla mübarizədə İrana göstərdikləri köməyə görə təşəkkür edib”, - deyə İran XİN-in məlumatında bildirilir.
C.Zərif, həmçinin ABŞ-ın tətbiq etdiyi sərt və birtərəfli sanksiyaları pisləyərək onların İranın təhlükəli vurisla mübarizəsində ciddi əngəl olduğunu vurğulayıb.
Xatırladaq ki, Azərbaycan hökuməti koronavirusla mübarizə üçün İrana $5 milyon ayırıb.*
A.Əzizov