Aprelin sonunda Bank “BTB” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“28 aprel 2020-ci il tarixində Bank “BTB” ASC-nin baş ofisində səhmdarların illik ümumi yığıncağı keçiriləcək”, - deyə məlumatda bildirilir.
Yığıncağın gündəliyi açıqlanmır.
Bank “BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov