“Ukrayna Beynəlxalq Hava Yolları”aviaşirkəti 2020-ci il martın 17-dən saat 00:00-dan martın 30-dək bütün beynəlxalq şəbəkə üzrə daimi reyslərin yerinə yetirilməsini dayandırır. Bu barədə aviaşirkətdən məlumat verilir.
Çərşənbə axşamı, martın 17-də UİA aşağıdakı beynəlxalq reysləri yerinə yetirəcək: PS734 Dubay-Kiyev; PS 398 Qahirə-Kiyev; PS778 Tel-Əviv-Kiyev; PS612 İrəvan-Kiyev; PS518 Tbilisi-Kiyev; PS716 İstanbul-Kiyev; PS602 Bakı-Kiyev; PS242 Toronto-Kiyev; PS232 Nyu-York; PS272 Banqkok-Kiyev; PS898 Kişineu-Kiyev. **