2020-ci ilin əvvəlindən Azərbaycanda 19,4 min əmək müqaviləsi imzalanıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Qeyri-formal məşğulluqla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biridir.Təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artdı. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım oldu. 2020-ci ilin əvvəlindən Azərbaycanda əmək müqavilələrinin sayında 19 min 400 artım var”, - Babayev Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib.
Nazir əlavə edib ki, ilin əvvəlindən əməkhaqqı fondunda 5% artım var.
“Ötən il çox ciddi tədbirlər nəticəsində əməkhaqqı fondu birbaşa 42% artdı.2020-ci ilin əvvəlində bu artım 5% təşkil edib. Özəl sektorda bu müsbət dinamika davam etdiyi təqdirdə, bunun həm iqtisadi səmərəsi çox geniş olacaqdır, eyni zamanda da vətəndaşların sosial təminatı güclənəcək”, - Babayev məlumat verib. **
Ə.Məmmədov