Martın 16-dan etibarən “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində beynəlxalq poçt göndərişlərinin qəbulu dayandırılır. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilir.
“Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb. Bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil. Odur ki, nazirliyə məxsus“Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu bu gündən müvəqqəti dayandırılır”, - məlumatda deyilir.
“Azərpoçt” qeyd edir ki, beynəlxalq poçt göndərişlərinin qəbulu və göndərilməsini yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirir. **
N.Abbasova