Azərbaycanda Prezidentin Təhlükəsizlik Xidməti yaradılır.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilir. Ləğv Xidmətin əsasında aşağıdakı dövlət orqanları yaradılır: Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti; Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Prezidentin digər sərəncamı ilə Bəylər Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilir.
Bundan başqa, Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” qanun layihəsini 2 ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılır. **
X.Nəsirzadə