Martın 16-na olan vəziyyətə görə Azərbaycanda koronavirusla əlaqədar 560 nəfər karantindədir. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilir.
“Bu günə ölkədə COVİD-19 koronavirusa 25 yoluxma faktı qeydə alınıb. Onlardan 7 nəfər saöalaraq evə buraxılıb”, - qərargahdan bildirilir.
Beləliklə, 18 nəfər koronavirusdan müalicə ilə bağlı həkimlərin nəzarəti altındadır.
Bundan başqa, indiyədək 711 nəfər karantindən evə buraxılıb, 560 nəfərkarantindədir. **
B.Rüstəmbəyov