Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Həsöhbətlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar”, - XİN-in mətbuat xidməti məlumat verir.
Məmmədyarov və Fayziyev həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
XİN başçısı diplomata gələcək fəaliyyətində uğurlar arzu edib. **
Ə.Məmmədov