Rusiya Dəmir YollarıSC bazar ertəsi koronavirusla əlaqədar vəziyyətə görə Azərbaycan və Özbəkistana beynəlxalq qatarların hərəkətinin müvəqqəti dayandırılması barədə xəbərdarlıq edib.
“Özbəkistan Dəımir Yolları SC və “Azərbaycan Dəmir Yolları” QSC-yə olunan xəbərdarlığına əsasən və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan xüsusi göstərişə qədər beynəlxalq sərnişin qatarlarının hərəkəti dayandırılır. Hərəkətin bərpası barədə əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Belə ki, aşağıdakı sərnişin qatarlarının hərəkəti dayandırılır: №369/370 Bakı-Kiyev-Bakı, martın 21-dən Bakıdan yola düşməklə və martın 23-də Kiyevdən yola düşməklə Bakı-Dnepropetrovsk-Bakı qatarı. **