Rusiya helikopterlərin ixracı məsələsini Azərbaycanla müzakirə edir. Bu barədə “İnterfaks”a müsahibəsində Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqayev məlumat verib.
O əlavə edib ki, ən yaxın qonşu dövlətlərlə hərbi-texniki əməkdaşlıq kifayət dərəcədə dinamik inkişaf edir: “MDB-nin bütün ölkələrinə nəzər salsaq, portfelimiz təxminən $2 milyard həcmində qiymətləndirilir”.
Dmitri Şuqaev bildirib ki, Azərbaycanla qarşılıqlı əlaqə davam edir, əsasən satışdan sonrakı xidmət, quru qoşunların texnikası üçün servis mərkəzi və Mi-8 helikopterlərinin təmiri üzrə mərkəzin yaradılmasına yönəlib. “Lakin, eyni zamanda final məhsulların ixracı imkanı müzakirə olunur”, - o vurğulayıb.
“Həmçinin, Ermənistana Su-30 SM, atıcılıq silahı, Mi-17 helikopterlər üçün ehtiyat hissələri təqdim etdik, əvvəl ixrac olunan avaisiya texnikasınının əsaslı təmirini həyata keçirdik. Bundan başqa, “Kornet”lərin istismarı üzrə onların mütəxəssislərinə təlim keçirilib”, - Şuqayev bildirib. **